Emin Ağalarov və rus estradasının ulduzları həkimlər üçün oxudular – Audio

0
563

Söz və musiqisi Rusiyanın “Qolos” şousunun iştirakçısı Brendon Stouna məxsus “#SpasiboDoktoram” (həkimlərə təşəkkür-red.) adlı mahnı təqdim olunub.

#SpasiboDoktoram mahnısı “JARA” musiqi telekanalı və hər kəsi evdə qalmağa və bununla da, “qəhrəman” adlandırılan tibb işçilərinə kömək etməyə çağıran tanınmış ifaçılar tərəfindən koronavirusla mübarizə aparan həkimlərə özünəməxsus minnətdarlıq ifadəsi olub.

Mahnı Azərbaycanın Xalq artisti Emin Ağalarov (EMIN) və rus estradasının tanınmış ifaçıları – Nikolay Baskov, Stas Mixaylov, Slava, Artik & Asti, İrina Dubtsova, Aleksandr Panayotov, Lübov Uspenskaya və Nərgiz Zakirova tərəfindən ifa olunub.