Bu torpaqların icarəyə verilməsi QADAĞAN olunur

0
337

Azərbaycanda dövlət mülkiyyətində olan bir sıra torpaq sahələrinin icarəyə verilməsi və özəlləşdirilməsi ləğv edilir.
Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Torpaq icarəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən baytarlıq, fitosanitar nəzarəti xidmətlərinin torpaqları icarəyə verilən dövlət torpaqları siyahısından çıxarılır.
Həmçinin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, fitosanitar nəzarəti xidmətləri dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə təsnifatından çıxarılır.
Təklif müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.