Rusiyada azərbaycanlı hotel sahibi işçisini güllələdi

0
386

Rusiyanın Sankt-Peterburq şəhərində “Apraskin dvor” adlanan bazar ərazisində yerləşən hotelin sahibi işçisini gözündən silahla vurub.

Hadisəni törədən şəxs qismində 36 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.

O, hotelində inzibatçı işləyən 18 yaşlı qızı sağ gözündən travmatik silahla vurub. Nəticədə, qız kəllə-beyin travması, gözün zədələnməsi diaqnozu ilə xəstəxanaya çatdırılıb. Onun sağ gözü görmə qabiliyyətini itirib.

Azərbaycanlıya xuliqanlıq, spirtli içki və ya narkotik maddə qəbulu ilə bağlı testdən imtina etdiyinə görə inzibati protokol tərtib edilib.

Həmin şəxsdən “Osa” markalı tapança, “Lankaster” karabini, “Baykal” pompalı ov tüfəngi, qaz tapançası, 113 güllə, 40 ədəd “Kalaşnikov” avtomatı üçün güllə, 12 ədəd pompalı ov tüfəngi gülləsi müsadirə edilərək götürülüb.