“Karantin rejiminin uzadılması ilə bağlı qərar qəbul ediləcək”- Prezidentin köməkçisi

0
492

Ölkəmizdə vəziyyətin hər zaman dəyişmə dinamikası baş verə bilər”.

bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu gün qənaətbəxş hesab edilən vəziyyət dəyişə də bilər.

“Hazırda sanitar-epidemioloji vəziyyət kompleks şəkildə qiymətləndirilir. Karantin rejiminin uzadılması ilə bağlı lazımi və zəruri qərarlar qəbul ediləcək”, – deyə Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib ki,

“Karantin rejiminin və digər tədbirlərin ləğvi avtomatik xarakter daşıya bilməz”.

O bildirib ki, bu qərar xüsusi müzakirə nəticəsində və ölkədəki vəziyyətin nəticəsinə əsasən verilə bilər: “Proses onu göstərir ki, vətəndaşlar öz davranışlarında və həyat tərzlərində dəyişiklik etməlidir”.