“Qara qitənin qənimi” geri qayıtdı: Koronavirus qorxusuna daha bir xof əlavə olundu…

0
484

Bütün dünyanın koronavirusa qarşı mübarizə apardığı bir zamanda Afrikada ebola xəstəliyi yenidən meydana çıxıb.

Konqo Demokratik Respubliaksında iki nəfər ebola xəstəliyinin vəfat edib. Bununla da ebola dönəminin başa çatması ilə bağlı söyləntilərə son qoyulub.

 

Mütəxəssislər hesab edir ki, koronaviorus xəstəliyinin sürətlə yayıldğı bir dönəmdə Afrikada “bonus olaraq” bir də ebola xəstəliyinin meydana çıxması “qara qitəyə” yaxşı heç nə vəd etmir. Ekspertlərin fikrincə, proseslər arzuediləz məcrada davam edərsə, o zaman Afrika iki cəbhədə – həm koronavirusa, həm də ebolaya qarşı mübarizə aparmalı olacaq.