İran COVID-19-un bioloji silah kimi istifadə edilmə ehtimalını araşdıracaq.
Bu barədə İran Silahlı Qüvvələri Baş Qərargahının Səhiyyə şöbəsinin müdiri, briqada generalı Həsən Əraqzadə “Mehr” agentliyinə açıqlamasında danışıb:
“Artıq bütün ölkələr mövcud vəziyyətin arxasında dayanan bioloji müharibə ehtimalını izləmək üçün bu məsələni araşdırır. İranlı alimlər hazırda yeni tip koronavirusun yayılmasının bioloji müharibə vasitəsi ola biləcəyini müəyyənləşdirmək üçün tədqiqat aparırlar. Nəticə çıxarmaq üçün daha çox vaxt və səy tələb olunur”.
Dünyada COVID-19-a 1,6 milyondan çox insan yoluxub, təxminən 100 min nəfər ölüb.