Koronavirus pandemiyası bu tarixdə bitəcək – Bill Qeyts açıqladı

0
459

Koronavirus pandemiyası bu tarixdə bitəcək - Bill Qeyts açıqladı
Xeyriyyəçi kimi tanınan milyarder Bill Qeyts CNBC-yə açıqlamasında qlobal COVID 19 pandemiyasının nə zaman başa çatacağını proqnozlaşdırıb.
Sahibkar pandemiyanın tezliklə başa çatması üçün bütün Amerika xalqını karantin rejiminə əməl etməyə çağırıb. O, qeyd edib ki, peyvəndin tapılması üçün birlikdə işləmək lazımdır.
Onun sözlərinə görə, vətəndaşlar mayın sonu və ya iyun ayında normal həyata qayıda biləcək, ancaq pandemiya ilə bağlı vəziyyətin necə sabitləşəcəyini bilmir.
Milyarder əlavə edib ki, virusla mübarizə üçün yeni bir diaqnostik metod lazımdır: “Asiya ölkələri koronavirusla mübarizənin milli səviyyədə aparılmasının gözəl bir nümunəsidir”.
Qeyts Amerikada məktəblilərin və tələbələrin tədris ilinin sonuna qədər dərsə qayıtmayacaqlarını, ancaq gələn payızdan etibarən təhsillərini davam etdirə biləcəklərini söyləyib.
“Microsoft”un qurucusu müasir şəraitdə normal həyata qayıtmağın hələ tez olduğunu izah edib: “Hansı fəaliyyət növlərinin böyük ictimai fayda gətirdiyini müzakirə etməliyik”.
Sahibkar ABŞ-da mümkün olan idman tədbirlərinin yenidən başlaması ilə bağlı açıqlamalar verərək bunun səmərəli olacağını, ancaq pandemiya ilə mübarizəyə müdaxilə edə biləcəyini qeyd edib.
Qeyts bildirib ki, rəhbərlik etdiyi fond 18 aydan az bir müddətdə hazırlaya biləcəyi bir peyvənd üzərində çalışır: “Bu, 95 faizdən çox effektivliyi olan bir terapevtik vasitə və ya geniş yayılmış bir dərman olacaq”.
Milyarder ABŞ-ın infeksiyaya qarşı effektiv mübarizə aparmaq üçün hələ də sərhədlərini bağlamalı olduğunu söyləyib.
Xatırladaq ki, “Microsoft”un qurucusu həyat yoldaşı Melinda ilə birlikdə COVID 19-lə mübarizəyə 100 milyon dollar bağışlayıb.
Eyni zamanda, Qeyts ən səxavətli xeyriyyəçi deyil – “Tvitter”in qurucusu Cek Dorsey xeyriyyəçiliyə sərvətinin üçdə bir hissəsini – bir milyard dollar köçürdüyünü etiraf edib.