Ölümsüzlər – Şəhid Əbdülməcid Axundov – video

0
778

İctimai Nəzarət Koalisiyasının fəxri üzvü, Sabitlik və İnkişaf Mərkəzinin Qadınlar Şurasının sədri, Sumqayıt Regional Mədəniyyət idarəsinin məsləhətçisi Ceyran Axundovanın oğlu Əbdülməcid Axundov 4 il bundan qabaq hərbi xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur.

Əbdülməcid Axundov 1993-cü il oktyabrın 15-də Sumqayıtda anadan olmuşdur. Ailədə iki qardaşın kiçiyi olan Əbdülməcid hələ uşaqlıqdan həmyaşıdlarından dürüstlüyü, cəsarəti ilə seçilirdi.

Ceyran xanım bu həyatda Əbdülməciddən sonra yaşamağı bacarmaq üçün onun haqqında öz vəsaiti hesabına film çəkdirib, kitab çap etdirib, xalçalar toxudub və tez-tez ona həsr edilən ictimai gecələr keçirir.

Hər zaman şəhid analarını ön cərgələrində tutan, onlardan maddi və mənəvi qayğısını əsirgəməyən İctimai Nəzarət Koalisiyasının rəhbərliyi və əməkdaşları Ceyran xanıma ilahidən səbr diləyirlər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

“ictimaixeber.az”