Çində koronavirusa yoluxanların sayı hər gün azalır.
Bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Qeyd edilir ki, hazırda xəstəxanalarda 1 562 nəfər müalicə olunur. Ölkədə koronavirusa yoluxanların 94%-i sağalıb.
Son məlumatlara əsasən, materik Çində koronavirusa yoluxma ilə bağlı təsdiqlənmiş halların sayı 81 639 təşkil edir. Viirusa yoluxmuş 76 751 insan sağalaraq xəstəxanalardan buraxılıb. Bu, ölkə üzrə sağalanların 94%-i deməkdir.
Koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Hazırda dünyada koronavirus xəstələrinin ümumi sayı 972 640 nəfərə çatıb, 50 325 nəfər epidemiyanın qurbanı olub.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.