Türkiyənin “HaberGlobal” telekanalı 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş süjet hazırlayıb.
Süjetdə 31 mart Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri kimi təqdim edilib.
102 il əvvəl 1918-ci il martın 31-də Bakıda on minlərlə azərbaycanlının qətlə yetirildiyi qeyd edilib.
Süjetdə həmçinin, Bakının Qafqaz İslam Ordusunun köməyi ilə daşnak-bolşevik birləşmələrindən azad olunduğu vurğulanıb.