Seçkilərlə bağlı sosial şəbəkələrdəki bütün görüntülər ciddi araşdırılacaq

0
480

“Milli Məclisə seçkilərlə bağlı sosial şəbəkələrdəki bütün görüntülər ciddi araşdırılacaq”.

Bunu Milli Məclisə keçirilən seçkilərlə əlaqədar təşkil edilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

Pənahov deyib ki, kimin əlində görüntü varsa, MSK-ya təqdim etsin:

“Hətta həmin videogörüntülərin surətini çıxarıb, qaytara bilərik. Bələdiyyə seçkiləri ilə müqayisədə parlament seçkiləri ilə bağlı araşdırma daha ciddi olacaq. Heç kimdə o səlahiyyət yoxdur ki, Azərbaycan ictimaiyyətinin gözləntilərinə kölgə salsın. MSK və aşağı seçki dairələri ictimaiyyətin tələblərinə cavab verməlidir. Ona görə də vətəndaşlar əlində olan bütün faktları MSK-nın aidiyyəti orqanlarına çatdırmalıdır”.