Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkiləri demokratik keçib.
Azərbaycan tarixində demokratiyanın mühüm amil olduğunu deyən müşahidəçi Azərbaycan xalqını seçkinin nəticəsinə görə təbrik edib.
O əlavə edib ki, İslam Əməkdaşlıq Təşkilatının iki nümayəndəsi seçkilərə müşahidəçi qismində qatılıb. Onlar Bakıda səkkiz məntəqədə müşahidə aparıblar.
Məntəqələrdə heç bir qanun pozuntusu müşahidə etmədiklərini deyən Əli Əsgər Mohammadinin sözlərinə görə, havanın soyuq olmasına baxmayaraq, parlament seçkilərində seçici fəallığı yüksək olub.
O, seçkidə müşahidəçilərin prosesi diqqətlə izləməsindən də məmnun qaldığını söyləyib.
Əli Əsgər Mohammadi bunu da əlavə edib ki, Azərbaycan İƏT-in fəal üzvüdür:
“Azərbaycan bizim üçün dost, qardaş ölkədir. Bizim səsimiz sizinlədir. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın haqq işini hər zaman dəstəkləyir”.