Qonşu ölkədə təbii fəlakətlə bağlı xəbərdarlıq-FOTO

0
475

Bu gündən etibarən fevralın 14-dək Türkiyənin Trabzon, Ərzurum, Ərzincan, Ağrı, İğdır və Ərdahan vilayətlərində əlverişsiz hava şəraiti ilə əlaqədar qar uçqunu ilə bağlı xəbərdarlıq edilib.

Bu barədə “Hürriyet” xəbər yayıb.

Məlumata görə, Rizə və Qars vilayətlərində isə “sarı” səviyyəli xəbərdarlıq elan olunub.

Bununla bağlı olaraq əhaliyə yüksəkliklərə, yaylaqlara və obalara gedilməməsi, məcbur qalmadıqca yola çıxılmaması, çox vacib hallarda isə ictimai nəqliyyata üstünlük verilməsi, yaxud mütləq qış təkərləri olan maşınlarla yola çıxılması kimi tövsiyələr verilib, vətəndaşların diqqətli və tədbirli olmalarına çağırışlar edilib.

Xatırladaq ki, ötən həftə Türkiyənin Van-Bahçesaray magistralının 33-cü kilometrliyində qar uçqunu baş vermişdi. Hadisə nəticəsində 33 nəfər həlak olmuş, 50-dən çox insan yaralanmışdı.