DİM elektron imtahanlar və müsahibələrin təşkili ilə bağlıvakansiya elan edir

0
534

Dövlət İmtahan Mərkəzi (DİM) müsahibələrin təşkili ilə əlaqədar cari işlərin həyata keçirilməsi məqsədilə baş mütəxəssis vakant vəzifəsinə işçi qəbulu elan edir.

 DİM-dən saytımıza bildirilib ki, vakant vəzifə üzrə müsahibədə iştirak üçün müraciət edən namizədlər vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidirlər.

Qulluq funksiyalarına:

-Müsahibə qrupu üzvləri tərəfindən verilmiş qiymətləndirmə ballarını bazaya daxil etmək;

-Müsahibələrin keçirilməsi üçün lazım olan sənədləri (vəzifə təlimatlarını, müsahibə proqramlarını, yekun protokolları, bal cədvəllərini) hazırlamaq və aidiyyəti üzrə nizamlamaq, müsahibə otaqlarının hazırlığını yoxlamaq, avadanlıqların (kompüter, veb-kamera) hazır vəziyyətdə olmasını təmin etmək;

-Gün ərzində keçirilmiş müsahibələrin videoçəkilişlərini mütəmadi olaraq konvertasiya edib bazaya daxil etməklə mühafizəsini təmin etmək;

-Müsahibə materiallarını arxivləşdirmək;

-Rəhbərlik, şöbə müdiri və sektor müdirinin xidməti tapşırıqlarını və sektorun fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək daxildir.

Vəzifə haqqında ətraflı məlumat Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib: http://www.tqdk.gov.az/news/4906/

Maraqlanan şəxslərdən müraciət formasını Mərkəzin saytında yükləyib tam şəkildə dolduraraq fevralın 14-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində “İşə qəbul” yazaraq göndərmələri xahiş olunur. Müvafiq tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.