Qoşqar Təhməzli: Qida Təhlükəsizliyi Agentliyi 405 sahibkarlıq subyektinə mənfi cavab verib

0
456

2019-cu ildə qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı müraciət edən 10652 sahibkarlıq subyektindən 405-nə imtina verilib.

 Bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 3900-dən çox sahibkarla görüşlər keçirilib:

“Ötən il ərzində qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması ilə bağlı 10 652 müraciət daxil olub. Bu müraciətlərdən 10 247-si ilə bağlı qərar qəbul edilib və həmin subyektlərə “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin Dövlət Reyestri”ndən çıxarışlar təqdim olunub”.