Mənzil ala bilməyən şəhid ailələri və Qarabağ əlillərinə ŞAD XƏBƏR

0
462

2020-ci ildə Azərbaycan hökuməti tərəfindən sosial tədbirlər daha da gücləndiriləcək.

 Bu barədə Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nın təsdiqlənməsi barədə sərəncamında bildirilib.

2020-ci ilin mayınadək kölgə iqtisadiyyatının aradan qaldırılması üzrə mübarizənin gücləndirilməsi barədə təkliflər təqdim olunmalıdır.

İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Dövlət Statistika Komitəsi bunu həyata keçirməlidir.

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası 2020-ci ilin sonunadək qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı koordinasiyanın gücləndirilməsi üzrə müvafiq tədbirləri görməlidir.

Mərkəzi Bank və İqtisadiyyat Nazirliyi 2020-ci ilin sonunadək sığorta fəaliyyəti, o cümlədən, daşınmaz əmlakın icbari sığortası barədə vətəndaşların maarifləndirilməsini həyata keçirməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi isə 2020-ci ilin sonunadək şəhid ailələri və Qarabağ əlilləri üçün mənzil təminatının yaxşılaşdırılması istiqamətində işlər görməlidir.