Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, polkovnik-leytenant Cavid Talıbov Mingəçevir Şəhər Polis Şöbəsinin əməliyyat işi üzrə rəis müavini vəzifəsinə gətirilib.
Qeyd edək ki, bir neçə ay əvvəl bu vəzifəni yerinə yetirən polkovnik-leytenant Azay Ağayev Daşkəsən Rayon Polis Şöbəsinə rəis təyin edilmişdi.