Ani ödəniş sistemi yaradılacaq – YENİLİK

0
536

Azərbaycanda ani ödəniş sistemi yaradılacaq.

Bu barədə Mərkəzi Bankının 2020-ci il üçün açıqladığı prioritet istiqamətlərdə öz əksini tapıb.

“2018-2020-ci illәrdә Azәrbaycan Respublikasında rәqәmsal ödәnişlәrin genişlәndirilmәsi üzrә Dövlәt Proqramı”nın icrası çәrçivәsindә ölkәdә rәqәmsal ödәnişlәrdәn istifadәnin әhatә dairәsinin genişlәndirilmәsi mәqsәdi ilә 24/7/365 rejimli” Ani ödәnişlәr sistemi”nin yaradılacaq. Bank hesablarının açılması avtomatlaşdırılacaq.

Eyni zamanda, qurum ölkədə pilot olaraq ilk dəfə rәqәmsal identifikasiya sisteminin Blokçeyn platformasında qurulması layihәlәri üzrә işlәr davam etdirilir.

Layihə nəticəsində müştəri-bank münasibətlərinin rəqəmsallaşması məqsədi ilə fiziki və hüquqi şəxslər tərəfindən məsafədən bank hesablarının açılması üzrə biznes proseslər avtomatlaşacaq.