Tədbirdə “panda”ya hücum çəkib döyməyə başladı – VİDEO

0
387

Bayram tədbiri zamanı içkili kişi panda geyimində olan artisə hücum edib.

Bu barədə kadrları “NTR-24” telekanalı  yayımlayıb.

Bildirilir ki, hadisə Tatarıstanın Nijnekams şəhərində kafelərin birində baş verib. Kadrlardan görünür ki, kişi ayı geyimindəki artistin üstünə tullanaraq, onu yıxıb və döyməyə başlayıb. Həmkarlar və işçilər onu çox çətinliklə “panda”dan uzaqlaşdıra biliblər.

Artistin geyimi tamamilə məhv olub, ilkin hesablamalara görə 100 min rubl (2730 AZN) zərər dəyib.

Kişinin “panda”ya olan nifrətinin motivləri hələ müəyyənləşməyib.