Ərdəbil İran və Azərbaycanın birgə sənaye parkının mərkəzi seçildi

0
620

“İranın şimal-qərbində yerləşən Ərdəbil 3 vilayət (Ərdəbil, Şərqi Azərbaycan və Gilan vilayətləri) arasında İran və Azərbaycanın birgə sənaye parkının mərkəzi olaraq seçilib”.

Bunu İranın Ərdəbil vilayətinin Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının sədri və İran və Azərbaycan Birgə Ticarət Palatasının iranlı sədri Hüseyn Pirmüəzzin dövlət və özəl sektorun dialoqu şurasının iclasında deyib.

H.Pirmüəzzinin sözlərinə görə, Ərdəbil lazımi infrastrukturlara və Azərbaycanla yaxın olduğu üçün seçilib.

Sədr əlavə edib ki, İran və Azərbaycan arasında sənaye parkının yaradılması və hər iki ölkənin dəmir yolunun birləşməsi Ərdəbili dalandan çıxaracaq:

“Bu iki layihənin reallaşması ilə İran və Azərbaycanın iqtisadi və ticarət münasibətləri inkişaf edəcək”.

İran və Azərbaycan arasında dəmir yolunun çəkilməsinə münasibət bildirən palata rəsmisi deyib ki, bu layihə üzrə ilk razılaşma əldə olunub.