Fədayə Laçının evindən CANLI YAYIM

0
516

“Bu gün bizim sevincli günümüzdür. Biz hisslərimizi sözlə ifadə edə bilmirik”.

Bunu Bakı İstintaq Təcridxanasından azadlığa buraxılan müğənni Fədayə Laçının bacısı İlahə Fəda deyib.

“Bacım bu gün səhər saatlarında azadlığa buraxılıb. Hazırda evdədir və evə taksi ilə gəlib. Ancaq Fədayə Laçın bu gün heç bir açıqlama verməyəcək, o danışmaq istəmir. Xahiş edirik ki, bizi anlayışla qarşılayasınız. Yaxın günlərdə Fədayə Laçın həbsdən azad edilməsi ilə bağlı mətbuat konfransı keçirəcək. Orada bütün suallara cavab veriləcək”, – İ.Fəda bildirib.

Qeyd edək ki, 2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib və o, bu gün azadlığa buraxılıb.