Arıqlama iynələri ilə bağlı yeni təhlükə: İstifadəni dayandıranlarda…

Arıqlama iynələrinin mümkün yan təsirləri ilə bağlı yeni narahatlıq doğuran məlumatlar açıqlanıb. 

ABŞ-da aparılan araşdırmada preparatdan istifadəni dayandıran iki şəxsdə ağır psixiatrik əlamətlər müşahidə olunub.

İtaliyada isə müalicəni yarımçıq saxlayan diabet xəstələrində infarkt, insult və ölüm hallarının daha çox qeydə alındığı müəyyən edilib. Bundan əlavə, ABŞ Qida və Dərman Administrasiyası (FDA) bəzi arıqlama preparatlarının təlimatlarına görmə itkisi ilə bağlı xəbərdarlıq əlavə edilməsini tələb edib.

Bununla belə, tədqiqatçılar xəstələrin dərman qəbulunu hansı səbəbdən dayandırdıqlarının məlum olmadığını və digər xəstəliklərin də nəticələrə təsir göstərə biləcəyini vurğulayıblar.

Araşdırma “The Primary Care Companion for CNS Disorders” jurnalında dərc olunub.