Qazaxıstanda sentyabrın sonlarında Xəzər dənizində qazaxıstanlı hərbçilərin ölümü faktı üzrə cinayət işinin istintaqının gedişatında 300-dən çox şəxs dindirilib.
Bu barədə ölkənin Baş Prokurorluğunun məlumatında bildirilib.
“Baş vermiş faciənin bütün hallarının hərtərəfli və obyektiv şəkildə müəyyənləşdirilməsinə yönəlmiş istintaq hərəkətləri kompleksi həyata keçirilib. Bu günə qədər 300-dən çox şəxs dindirilib, 30-dan çox məhkəmə ekspertizası və tədqiqatı aparılıb”, – məlumatda qeyd olunub.



