ABŞ İranı nüvə ilə vuracaq?

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların genişləndirilməsi ehtimalını istisna etməyib

O bu barədə “Politico”ya müsahibəsində deyib.

“Biz vəziyyətə baxacağıq və hər hansı addım atmaq üçün imkan görsək, ölkəmiz üçün ən yaxşı olanı edəcəyik”, – Tramp bildirib.

Nüvə silahından istifadə ehtimalı barədə suala cavab verən ABŞ Prezidenti buna ehtiyac olmadığını deyib:

“Biz onları artıq 90 faiz sıradan çıxarmışıq. Ona görə də buna ehtiyac yoxdur”.