Rəsmən açıqlandı: Ruslar DÇ-yə buraxılmayacaq

Kanadanın Baş naziri Mark Karni Ottavanın Rusiya və Belarus idmançılarına viza verməyəcəyini açıqlayıb.

Siyasətçi bu cür tələblərin “rədd edəcəyini” bildirib.

Qeyd edək ki, Gənclər arasında xokkey üzrə dünya çempionatı (WJH) 26 dekabr 2026-cı ildən 5 yanvar 2027-ci ilə qədər Kanadanın Edmonton və Red Deer şəhərlərində keçiriləcək .

“Kanada Rusiya və Belarus rəsmilərinin və idmançılarının Kanada ərazisində keçirilən beynəlxalq idman yarışlarında milli rəmzlər altında iştirak etməsinin qarşısını almaq niyyətindədir. Hökumətin aydın mövqeyini nəzərə alaraq, növbəti addımları müzakirə etmək üçün bu həftə Direktorlar Şurası ilə görüşəcəyik”, – Baş nazir bildirib.