İran prezidenti Məsud Pezeşkian ölkənin 1979-cu il İslam İnqilabından bəri ən ağır təzyiq və çətinliklərlə üzləşdiyini bildirib.
Pezeşkian bu barədə Şərqi Azərbaycan əyalətinin Planlaşdırma və İnkişaf Şurasının onlayn iclasında danışıb.
“Tasnim” agentliyinin məlumatına görə, prezident ölkədəki iqtisadi və sosial problemlərə diqqət çəkib. O, inqilabın ilk illərində olduğu kimi, problemlərin birgə həllinə çalışmasının vacibliyini vurğulayıb.
“İnqilabdan ötən 48 il ərzində ölkə heç vaxt bu qədər güclü təzyiq və çətinliklərlə üzləşməyib. Düşmənlərimiz İranın keçmiş ali lideri Əli Xameneini, eləcə də bir sıra komandir və rəsmiləri hədəf alaraq qeyri-sabitlik yaratmağa çalışıblar”, – Pezeşkian bildirib.
Bununla belə, o, ölkədə qeyri-sabitliyin yaranmadığını, əksinə, birlik və həmrəyliyin gücləndiyini söyləyib.



