AQEM-in VII Zirvə Görüşündə Bakı Bəyannaməsi qəbul edildi

Bu gün Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul olunub.

Sənəddə Azərbaycanın AQEM-ə sədrliyi bütün üzv dövlətlər tərəfindən təqdir edilib, iki il ərzində müxtəlif istiqamətlər üzrə irəli sürülmüş təşəbbüslər və keçirilmiş tədbirlər alqışlanıb.

Eyni zamanda AQEM sammitində əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində əməkdaşlığa dair bəyanat da qəbul edilib.