İstanbulun Fatih rayonunda yerləşən Sofçuhandakı valyutadəyişmə məntəqəsində silahlı atışma baş verib.
Türkiyə mediasının məlumatına görə, hadisə borc məsələsi ilə bağlı yaranan mübahisədən sonra baş verib. Valyutadəyişmə məntəqəsinin sahibi ilə müştəri arasında başlayan mübahisə daha sonra silahlı insidentə çevrilib.
Atəş açılması nəticəsində iki nəfər həyatını itirib, daha iki nəfər isə yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Polis hadisə ilə bağlı bir şübhəlini saxlayıb. Fakt üzrə araşdırma aparılır.



