Müğənni Dəniz Əsədova Rusiyada fəaliyyət göstərən müğənni Afət Fərmanqızını xüsusi ittiham qaydasında məhkəməyə verib.
Bu barədə məlumat verən Dəniz Əsədovanın vəkili Mirzə Xankişiyev bildirib ki, Afət Fərmanqızının xüsusi ittiham qaydasında məhkəməyə verilməsinə səbəb onun müğənni həmkarına qarşı sosial şəbəkələr vasitəsilə təhqir və böhtanlara yol verməsidir.
Vəkilin dediyinə görə, Afət Fərmanqızı sosial şəbəkələrdə canlı yayıma çıxaraq Dəniz Əsədova ilə yanaşı onun azyaşlı övladlarına qarşı da təhqiramiz ifadələr işlədib. Buna görə müğənniyə dəfələrlə xəbərdarlıq edilsə də, o əməllərini davam etdirib.
Vəkilin sözlərinə görə, müğənninin təhqirlərinin qarşısını almaq üçün müvəkkili aidiyyəti üzrə digər müraciətlər də edib.
Qeyd edək ki, xüsüsi ittiham qaydasında CM-nin 147 və 148-ci maddələri ilə Dəniz Əsədovanın şikayəti icraata götürülərək məhkəmənin vaxtı müəyyən edilib.
Proses sentyabrın 22-də Saatlı Rayon Məhkəməsində keçiriləcək.
Qeyd edək ki, bir müddət əvvəl Afət Fərmanqızı Xalq artisti Flora Kərimova və müğənni Vəfa Şərifova tərəfindən də eyni maddə ilə məhkəməyə verilmişdi.



