Təcrübəsiz alpinistlərə Everestə qalxmaq qadağan edilir

Yüksək dağlara qalxış təcrübəsi olmayan alpinistlərin Everestə qalxmasına qadağa qoyulması planlaşdırılır.

Bu barədə Nepal Alpinizm Assosiasiyasının baş katibi Rajendra Lama məlumat verib.

Onun sözlərinə görə, hazırlanan qanun layihəsində əsas yeniliklərdən biri Everestə qalxmaq istəyən şəxslərdən əvvəlcədən yüksək dağlarda alpinizm təcrübəsinin olmasının tələb edilməsidir.

Rajendra Lama qeyd edib ki, bu tədbirin məqsədi alpinistlərin dünyanın ən yüksək və texniki baxımdan ən mürəkkəb kommersiya ekspedisiyasına başlamazdan əvvəl yüksəklik şəraitində kifayət qədər təcrübəyə malik olmasını təmin etməkdir.

Qanun layihəsinin digər detalları hələ hazırlanma mərhələsindədir.