Kataloniyada döyüş hazırlığı: barrikadalar qurulur – ŞOK GÖRÜNTÜLƏR – FOTO

0
532

İspaniyanın Kataloniya bölgəsində müstəqillik tərəfdarlarının etiraz aksiyaları zamanı ən azı 35 nəfər zərər çəkib.

Bu haqda “El Pais” qəzeti bildirib.

Nəşrin informasiyasına görə, onlardan əksəriyyəti – 25 nəfər Barselonada zədələr alıb.

Qeyd edək ki, cümə günü Kataloniyada ümumi tətil başlanıb. Regionun müxtəlif şəhərlərində çoxsaylı mitinqlər keçirilir, ancaq ən böyük nümayişlər muxtariyyətin paytaxtında təşkil olunub. Barselonanın mərkəzində yerləşən polis idarəsinin qarşısında təhlükəsizlik gücləri ilə nümayişçilər arasında toqquşmalar baş verib. Təhlükəsizlik gücləri aksiyanın dağıdılması üçün gözyaşardıcı qazdan istifadə edib.

İlkin məlumatlara görə, Barselonada 10 nəfər saxlanılıb. İndi etirazçılar zibilləri yandırır və barrikadalar qururlar.