NATO üzvlüyümüz Avropanın təhlükəsizliyinin qarantı olacaq – Zelensk

Ukraynanın NATO-ya üzvlüyü Avropanın təhlükəsizliyinin qarantıdır. 

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

O, Kiyevin Şimali Atlantika Alyansına qoşulması məsələsini daimi şəkildə müzakirə etməyi vacib sayıb. Ukraynanın dövlət başçısı belə hesab edir ki, bu, Rusiya ilə münaqişədən çıxış yolu ola bilər.

Zelenski deyib: “Ukraynanın NATO-ya üzvlüyü Avropanın təhlükəsizliyinin qarantıdır. Çünki Avropanın hələlik belə güclü ordusu yoxdur”.

Siyasətçi həmçinin onu da bildirib ki, Ukraynanın NATO-ya qoşulması hərbi bloku da gücləndirəcək. O qeyd edib ki, söhbət silahlanma, hərbi texnologiyaya, döyüş təcrübəsi və ordunun potensialından gedir.