Azərbaycanda magistratura müddətinin azaldılması təklif edilir.
Bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deyib.
Deputat qeyd edib ki, dünyada təhsil müddəti azaldılır, bakalavr 3 ilə, magistratura isə bir ilə keçir: “Gürcüstan da bu prosesə gedir. Hesab edirəm ki, ən azı biz magistratura səviyyəsində bunu edə bilərik. Hər il görürük ki, magistraturaya da boş yer qalır. Bu, müddətlə bağlı ola bilər”.



