Tramp amerikalıları qorxutdu: ABŞ kommunist ölkə olacaq

ABŞ prezidenti Donald Tramp amerikalıları Demokratlar aralıq konqres seçkilərində qalib gələrsə, ABŞ-ı kommunist ölkəyə çevriləcəkləri ilə qorxudub. 

Tramp bu barədə Respublikaçıların Milli Konqresində deyib:

“Onlar özlərini demokratik sosialist adlandırırlar, amma əslində kommunistdirlər. Onlar sosialist deyillər – onlar çoxdan sosializmdən çox irəli gediblər. Unutmayın ki, sonuncu “Ölkənin vəziyyəti” çıxışında demişdim ki, “Ölkəmiz heç vaxt sosialist olmayacaq”. Mən haqlı idim. Əgər onlar qalib gəlsələr, ABŞ kommunist ölkə olacaq”.

Tramp həmçinin kommunizmi məğlub edəcəyinə söz verib.