Asiya nəhəngi Hörmüz boğazına qoşun yeridir

Cənubi Koreya ABŞ Prezidenti Donald Trampın İranla müharibəyə kifayət qədər dəstək vermədiyinə görə müttəfiqinə təzyiqləri artırması fonunda Hörmüz boğazına Hərbi Dəniz Qüvvələrinin dəstək gəmisini və hərbi kontingent göndərmək üçün hazırlıqlara başlayıb.

Bu barədə “Chosun Ilbo” nəşri məlumat yayıb.

Respublika hökuməti müvafiq təklifi müzakirə və təsdiq olunması üçün Milli Təhlükəsizlik Şurasının baxışına təqdim edəcək, bundan sonra sənəd Milli Məclis tərəfindən ratifikasiya edilməlidir.

Bundan əlavə, gəmilərin limanlara daxil ola biləcəyi ehtimal edilən yerlərin öyrənilməsi aparılır.

“Chosun Ilbo”nun məlumatına görə, Seul Hörmüz boğazına “P-8A” patrul təyyarəsini (səkkiz heyət üzvü daxil olmaqla 20-dək adam daşıya bilir) və heyəti təxminən 140 nəfərdən ibarət “Soyang” gəmisini göndərə bilər.

Avqustun sonunda ABŞ Prezidenti İrana qarşı “iqtisadi D-Günü” adlandırdığı yeni iqtisadi təzyiq kampaniyasını elanedib. Vaşinqton Tehranı maksimal dərəcədə təcrid etmək və ona ticarət, eləcə də maliyyə əlaqələrini saxlamağa kömək edən xarici strukturları cəzalandırmaq niyyətindədir.