TƏCİLİ: Goranboyda anbarda güclü partlayış baş verib – VİDEO

Goranboy, 2 sentyabr 2026

Goranboy rayonunun Nizami kəndində, Gəncə şəhərindən təxminən 12 kilometr məsafədə yerləşən anbarda güclü partlayış baş verib.

İlkin məlumata görə, hadisə zamanı anbarda ardıcıl partlayışlar qeydə alınıb. Güclü partlayış səsləri Goranboy və Samux rayonlarının, həmçinin Gəncə şəhəri və ətraf yaşayış məntəqələrinin sakinləri tərəfindən eşidilib.

Hadisə ilə bağlı əraziyə aidiyyəti qurumların əməkdaşlarının cəlb olunduğu bildirilir.

Hazırda partlayışın başvermə səbəbləri, hadisənin miqyası, mümkün dağıntılar və xəsarət alanların olub-olmaması ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Əlavə məlumat əldə olunduqca ictimaiyyətə təqdim ediləcək.