Ukraynada münaqişənin başa çatmasının ən real ssenarilərindən biri ölkədə korrupsiya və sosial gərginlik fonunda yeni Maydanın baş verməsidir.
Bunu “Gazeta.ru”ya açıqlamasında Ukraynanın keçmiş deputatı Spiridon Kilinkarov deyib.
Onun sözlərinə görə, belə bir ssenari xarici geosiyasi aktorlara məsuliyyəti Ukrayna hakimiyyətinin üzərinə qoyaraq münaqişədən “özünü qoruyaraq” çıxmağa imkan verə bilər.
“Ən real ssenari Ukraynada hakimiyyətin yuxarı eşelonlarında korrupsiya ilə bağlı növbəti dövlət çevrilişinin baş verməsidir. Bu, prinsipcə, hamını qane edə bilər”, – Kilinkarov bildirib.
Eks-deputatın fikrincə, hazırda Ukrayna cəmiyyətində etiraz potensialı 2014-cü ildəki Maydan dövrü ilə müqayisədə dəfələrlə yüksəkdir.



