Bu ölkəyə doğru raket atıldı – Orduya “hazır ol” əmri verildi

Şimali Koreya yerli vaxtla səhər saat altı radələrində Vonsan rayonundan Yapon dənizi istiqamətində ballistik raket buraxıb.

Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Yaponiya Müdafiə Nazirliyinin qiymətləndirməsinə görə, raket buraxıldıqdan təxminən on dəqiqə sonra düşüb. O, Yaponiyanın xüsusi iqtisadi zonasına daxil olmayıb.

Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Birləşmiş Komitəsi müşahidəni gücləndirib və tam döyüş hazırılığı vəziyyətinə gətirilib. Bu buraxılış cari ildə yeddinci olub.

Raket buraxılışı ABŞ və Cənubi Koreyanın “Ulchi Freedom Shield” birgə hərbi təlimlərinə hazırlığı fonunda baş verib.