Məşhur ödəniş sistemi “App Store”dan SİLİNDİ

“Yandex Pay” tətbiqi “App Store” mağazasından silinib.

Bu barədə şirkət öz “Telegram” kanalında məlumat verib.

“”Yandex Pay” artıq “App Store”da əlçatan deyil. Narahat olmayın, pullarınız təhlükəsizlikdədir, xidmətlərimizdən bundan sonra da rahatlıqla istifadə edə bilərsiniz”, — deyə məlumatda bildirilir.

Bununla belə, “Yandex”in digər tətbiqləri hələlik mağazada qalır.

Daha əvvəl “Apple” “Telegram” messencerinin “App Store” tətbiqlər mağazasından müvəqqəti itməsinin səbəbini açıqlamışdı. Şirkətdən bildirilib ki, yoxlama zamanı uşaqların cinsi istismarını əks etdirən materialları qadağan edən sərt qaydaları pozan məzmun aşkar edilib.