Yaponiyanın Amami adalarında və Okinava prefekturasında güclü “Delfin” tayfunu səbəbindən 56 minə yaxın ev təsərrüfatı elektrik enerjisiz qalıb.
Bu barədə Yaponiyanın milli ictimai televiziyası məlumat yayıb.
Tayfunun okean üzərində olduğu ərazidə küləyin sürəti 60 m/s-ə, Okinavanın inzibati mərkəzi Naha şəhərində isə 30 m/s-ə çatır. “Delfin” tayfunu güclü leysan yağışları ilə də müşayiət olunur. Sinoptiklərin qiymətləndirməsinə görə, avqustun 9-u səhər saatlarına qədər Okinavada 180 millimetrədək yağıntı düşə bilər.
Hazırda tayfun saatda təxminən 15 kilometr sürətlə Çinin sahilləri istiqamətində hərəkət edir.




