Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bölgədə sülh və sabitliyin təmin olunması istiqamətində ABŞ Prezidenti Donald Trampla əməkdaşlığın davam etdiriləcəyini bəyan edib.
Ərdoğan bu barədə Nazirlər Kabinetinin iclasından sonra çıxışı zamanı danışıb.
O bildirib ki, çıxış zamanı Suriya Prezidenti Əhməd əş-Şəraa ilə Suriyadakı son vəziyyəti də müzakirə edib.
ABŞ Prezidenti Donald Trampın Türkiyəyə səfərinin əhəmiyyətli olduğu da vurğulanıb. Bildirilib ki, bölgədə sülhün və sabitliyin qorunması istiqamətində ABŞ Prezidenti ilə əməkdaşlıq davam etdiriləcək.




