İyulun 8-i və 9-da Amerika Birləşmiş Ştatları İranın beş əyalətinə zərbələr endirib. Hücumlar nəticəsində 14 nəfər həyatını itirib, daha 78 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə İslam Respublikasının Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur açıqlayıb.
“Yaralananlardan 47 nəfərin müalicəsi xəstəxanalarda davam etdirilir, qalanları isə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb”, – deyə o, özünün “X” sosial şəbəkə hesabında qeyd edib.




