Tbilisinin mərkəzində torpaq sürüşməsi

Gürcüstanda yağan güclü leysan yağışları ölkə ərazisində və paytaxtda ciddi problemlər yaradıb.

Paytaxt Tbilisinin mərkəzində Vaja-Pşavela metro stansiyasının yaxınlığında torpaq sürüşməsi baş verib.

Güclü yağış nəticəsində Didi Diqomi, Aqmaşenebeli xiyabanı və Qldani də daxil olmaqla küçələr su altında qalıb.

Tbilisi meriyasından bildirilib ki, hadisə yerinə artıq müvafiq xidmətlərin əməkdaşları cəlb olunub və vəziyyət nəzarət altındadır.

Hazırda aidiyyəti qurumlar fəsadların aradan qaldırılması istiqamətində işləri davam etdirir.