Trampdan daha bir qalmaqallı açıqlama – Messini, yoxsa Ronaldonu aradan götürək?

ABŞ prezidenti Donald Tramp Folarin Baloqun qalmaqalı ilə bağlı daha bir açıqlama verib.

Xəbər verildiyi kimi, FİFA onun bir oyunluq cəzasını bir illik sınaq müddəti ilə əvəz etdiyindən, Amerika millisinin hücumçusu Belçika ilə oyunda meydanda olacaq.

Tramp çıxışı zamanı Baloqunu ABŞ millisinin ən yaxşı oyunçularından biri adlandırıb. Amerika liderinin sözlərinə görə, komandaların ən yaxşı oyunçularına xüsusi münasibət göstərilməlidir.

“Messini, yoxsa Ronaldonu aradan götürək? Yoxsa Harri Keyni? Bunu edə bilmərik. Onları çıxara bilmərik. Əgər bunu etsək, bu inanılmaz Dünya Kubokunu ləkələyəcəyik”, – Tramp bildirib.

ABŞ – Belçika matçı 7 iyulda Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.