32 məzarlğın hər biri erməni vəhşiliyinin totallığından və sərhədsizliyindən xəbər verir

İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxış edən Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini Şərafət Həsənov erməni vəhşiliyi ilə bağlı dəhşətli faktlar və konkret rəqəmlər səsləndirib. Rəis müavini qeyd edib ki, bugünə qədər işğaldan azad edilən Azərbaycan ərazisində 32 kütləvi məzarlıq aşkar edilib:

“Xüsusilə qeyd etməliyəm ki, işğaldan azad olunmuş ərazilərdə axtarış-qazıntı işlərinə başladığımız vaxtdan ötən dövr ərzində 32 kütləvi məzarlıq aşkarlanıb. Həmin kütləvi məzarlıqlardan 253 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunaraq istintaq orqanları nümayəndələrinin iştirakı ilə ekshumasiya edilib.

30.06.2026-cı il tarixə olan məlumata əsasən, aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, I Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 327 nəfərin şəxsiyyəti eyniləşdirilib. Onlardan 226 nəfərinə dair məlumatlar ictimaiyyətə açıqlanaraq ailələrinə təhvil verilib, qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn edilib. Dəfn edilənlərdən 181 nəfəri hərbçi, 45nəfəri isə mülki şəxslərdir. Şəxsiyyəti eyniləşdirilmiş mülki şəxslərdən 14 nəfəri qadın, 2 nəfəri isə azyaşlı olub”.

Rəis müavininin qeyd etdiyi kimi, işğaldan azad edilən ərazilərdə 32 kütləvi məzarlıq aşkar edilib ki, bu da erməni faşizminin xalqımıza qarşı həyata keçirdiyi vəhşiliyin totallığından xəbər verir. Məlum statistika onu deməyə əsas verir ki, ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlər heç də hansısa ayrı-ayrı şəxslərin özbaşınalığının deyil, dövlət siyasətinin, vahid konsepsiya əsasında həyata keçirilən silsilə aktların nəticəsidir. Məhz bu səbəbdən də işğaldan azad edilən torpaqların az qala hər qarışında azərbaycanlılara məxsus məzarlıqlar, sümük qalıqları, işgəncə izləri aşkarlanır.

Hörmətli Şərafət Həsənovun çıxışında diqət çəkən digər bir məqam məzarlıqlarda hərbçilərlə yanaşı, mülki şəxslərin, hətta qadın və uşaqların qalıqlarına rast gəlinməsidir. Bu fakt erməni faşizminin heç kimə – hətta qadın və uşaqlara belə rəhm etmədiyini, körpə ilə hərbçi arasında heç bir fərq qoymadığını göstərir. Bu baxımdan, işğaldan azad edilən ərazilərdə aşkar edilən kütləvi məzarlıqlar, bu məzarlıqlarla bağlı verilən açıqlamalar erməni xislətinin ifşası baxımından mühüm əhəmiyyət kəsb edir.

Onu da xatırladaq ki, kütləvi məzarlıqlarda aşkarlanan qalıqların məhkəmə molekulyar-genetik ekspertizasının aparılması onların konkret olaraq kimlərə məxsus olduğunu müəyyənləşdirməyə imkan verir ki, bu da həmin şəxslərin aqibətinə aydınlıq gətirməyə, onları ehtiramla dəfn etməyə imkan verir. Bu işdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-polkovnik Əli Nağıyevin və onun komandasının xidmətləri danılmazdır. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının kütləvi məzarlıqlarda apardığı araşdırmalar yüzlərlə itkin vətəndaşımızın taleyinə aydınlıq gətirməyə imkar vermiş, əldə edilən məlumatlar illərdir gözləri yolda olan həmin şəxslərin ailələrinə təqdim edilmişdir.

Bu gün kütləvi məzarlıqlarda aparılan işlər onu deməyə əsas verir ki, yaxın gələcəkdə vaxtiylə ermənilər tərəfindən qətlə yetirilən daha onlarla vətəndaşımızın  kimliyi müəyyən ediləcək, bu barədə ictimaiyyət mütəmadi şəkildə məlumatlandırılacaq. Və hər belə məlumat Azərbaycan xalqının başına gətirilən faciələri təkrar-təkrar yada salmaqla yanaşı, erməni xisləti, bu xislətin bəşəriyyət üçün nə qədər təhlükəli olduğunu da göz önünə sərəcək, dünya ictimaiyyəti “məzlum erməniləri” bu məlumatlar fonunda əslində olduqları kimi tanıyacaq.