Dühalar və savadsız insanlar

Məncə süni intelekt bu iki simanı birləşdirəcək. Bəlkə səhv edirəm. Amma tarixin təkrarı dəyişirsə, ağıla sığmayanlar da gerçəkləşir. Kimlər nəyi görəcək, bəlli deyil. Hələ ki, cavanlar da yazılarımla razılaşırlar.
Bilmirəm, biz cavanlaşırıq, yoxsa cavanlar qocalır…
Hələ ki, şükür ediləsi zamandayıq. Ağılı az olan da, çox olan da, yaşayış imkanı az olan da, çox olan da şikayətdən qırağa çıxa bilmir.
Süni zəka buna da kömək edəcəkmi? Hələ ki, suallar altındayıq. Zamanla suallara cavab tapılır. Həyatımız necə, dəyişəcəkmi?
Məsələn, Prezidentimizin gəlinini müzakirəyə çıxardanlar nələr əldə edəcək? Maraq dairəsi fərqli insanlar birləşə bilərmi?
Bu mümkün deyil, heç vaxt da olmayacaq. Allahın yaratdığına qarşı çıxa bilmərik. Edə bildiyimiz hələ ki, bacarıqlarımızla yaşamaqdır. Arzularımızı, fikirlərimizi, biliklərimizi paylaşmaqdır.
Zamanın xülasəsi kimlərə nə öyrədəcək bəlli deyil, nələri dəyişəcək də…
Ancaq ümid edirik, fikir yürüdürük, öyrənirik, düşünürük. Yaza bilənlər də yazır. Biz də oxuyuruq, yenə ümid edirik. Ümid arzuların mənəvi silahıdır. Hərtərəfli işləmlə açıla da bilər.
İşləyək, dayanmayaq, yol tapaq, yürüyək…
Süni intelektə ümid də bizi dayandırmasın.
Ağlımızı gücləndirsin, illərlə bildiyimizi etməyə məcbur etsin.
O zaman insanlar həqiqətən birləşəcək. Süni intelekt mənəvi dünyalara yol tapmasa da, həyatımızı birləşdirə bilər, yüksəlişimizi yaradar.
Ümidlər süni intelektdən çox, şəxsi dünyamızın qurtuluşuna yönəlsin.

Sənubər Səhər