“iPhone”un ən yaxşı modeli seçildi

Stuff portalının jurnalistləri rəylər və şəxsi təəssüratlar əsasında Apple tarixinin ən möhtəşəm smartfonlarını seçiblər.

Mütəxəssislərin sözlərinə görə, onlar Amerika brendinin bütün telefonlarını araşdıraraq keyfiyyətini, faydalılığını və bazara təsirini qiymətləndiriblər. 20 illik tarix ərzində ən yaxşı model kimi 2012-ci ildə təqdim olunan iPhone 5 seçilib. Müəlliflər onun möhtəşəm dizaynını, nazik korpusunu, Retina ekranını və uzun müddət gözlənilən LTE dəstəyini xüsusi qeyd ediblər.

Ən möhtəşəm smartfonlar siyahısında ikinci yeri ilk iPhone tutub. Jurnalistlərin fikrincə, orijinal cihaz hər şeyi dəyişib və sensor ekranlı smartfonlar dövrünün əsasını qoyub.

Üçüncü pillədə isə iPhone X qərarlaşıb. Bu model Apple tarixində Home düyməsi və Touch ID sensoru olmayan ilk smartfondur. Müəlliflərin sözlərinə görə, cihaz uzun illər üçün iPhone xəttinin inkişaf istiqamətini müəyyənləşdirib.

Top-10 siyahısına həmçinin iPhone 17 Pro və iPhone 17 Pro Max, iPhone 17, üçüncü nəsil iPhone SE, iPhone 15 Pro və iPhone 15 Pro Max, iPhone 12, iPhone 13 Pro və iPhone 13 Pro Max, eləcə də iPhone 16 və iPhone 16 Plus daxil edilib.