Azərbaycanın 7 karateçisi Avropa çempionu olub

Azərbaycan karateçiləri Rumıniyanın Sfıntu-George şəhərində keçirilən fudokan üzrə Avropa çempionatında 9 medal qazanıblar.

Karate Federasiyasından verilən məlumata görə, Babək Qələmzadə fərdi kumite üzrə böyüklər arasında mütləq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qitə çempionu olub.

Elmir Kazımzadə (10-11 yaş, 40 kiloqram), Qorxmaz Səfərli (14-15 yaş, 65 kiloqram), Rəvan Şirinov (16-17 yaş, 65 kiloqram), Elton Əliyev (16-17 yaş, 75 kiloqram), Mehdi Abdullayev (16-17 yaş, +75 kiloqram) və Tahir Ələkbərov (U-21, +75 kiloqram) öz kateqoriyalarında birinci yeri tutublar.

Əli Hacıyev (U-21, 75 kiloqram) gümüş, Ayxan Pirquluyev (16-17 yaş, 65 kiloqram) isə bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, Avropa çempionatında 22 ölkədən ümumilikdə 985 idmançı iştirak edib.