“Yeşilçam”ın “Sezercik”i indi necə görünür? – Son halı insanları təəccübləndirdi

“Yeşilçam” kinematoqrafiyasının yaddaşlara qazınan uşaq qəhrəmanı, “Sezercik” obrazı ilə milyonların sevgisini qazanan Sezer İnanoğlu uzun müddət sonra görülüb.

Türk kinosunda bir dövrə damğa vuran keçmiş ulduzun son görüntüləri sosial mediada böyük marağa səbəb olub. Uzun illərdir kameralardan uzaq, sakit həyat sürməyi üstün tutan İnanoğlunun xeyli çəki alması və vizual dəyişikliyi görənləri heyrətləndirib.

Bir zamanlar ekranların ən məşhur uşaq siması olan sənətçinin yaşlanmış halını görən bir çox izləyici “O balaca uşaqdan əsər-əlamət qalmayıb” kimi şərhlərlə təəccüblərini gizlədə bilməyiblər.

Qeyd edək ki, uşaq yaşlarında əldə etdiyi böyük şöhrətdən sonra Sezer İnanoğlu son illərdə sənət dünyasından tamamilə uzaqlaşaraq mediadan gizli yaşamağa üstünlük verir.