Yusuf Güney ev dustaqlığına buraxıldı

Türkiyəli müğənni Yusuf Güney ev dustaqlığına buraxılıb.

Məhkəmə müğənniyə ev dustaqlığı şəklində nəzarət tədbiri tətbiq olunaraq sərbəst buraxılmasına qərar verib.

Xatırladaq ki, Yusuf Güney aprelin 9-u Türkiyədə aparılan narkotik istintaqı çərçivəsində saxlanılmış, elə həmin gün məhkəmə zalında həbs edilmişdi.